Reputasiyanın idarə edilməsi

İnsanlar məhsul və xidmət almamışdan əvvəl araşdırma aparır, rəy oxuyur və digər müştərilərin təcrübəsinə əsaslanır. Araşdırmalara görə, istehlakçıların:

  • 77% – yerli bizneslərə maraq göstərərkən onların haqqında yazılmış rəyləri oxuyur
  • 79% – sosial mediada əlaqə saxladıqdan sonra 24 saat ərzində cavab gözləyir

Yəni brendinizlə bağlı yayılan hər bir fikir, hər bir paylaşım – siz cavab vermədiyiniz halda belə – sizin adınızdan danışmağa davam edir.

Reputasiyanın idarə olunması nə deməkdir?

Bu, sadəcə mənfi rəyləri silmək və ya şikayətlərə cavab yazmaq deyil. Bu – markanın ictimai dəyərini qorumaq, brend haqqında danışılanları izləmək, analiz etmək və doğru tonla reaksiya verməkdir.

Buraya daxildir:

  • SEO və axtarış nəticələrində müsbət məzmunun önə çıxarılması
  • Sosial mediada aktiv və empatik kommunikasiya
  • PR və kampaniyalarla müsbət assosiasiyaların yaradılması

Pis reputasiya – itirilmiş satışdan daha çoxdur

Bəzən tək bir mənfi şərh belə satışlara ciddi təsir edə bilər. Amma bu şikayətlər eyni zamanda dəyərləndiriləsi bir mənbədir – çünki orada müştərinin səsi var.

Əgər siz düzgün yanaşsanız, bu şərhlər vasitəsilə nəyi təkmilləşdirməli olduğunuzu və müştərilərin nə istədiyini daha aydın görə bilərsiniz.

Reputasiyanı qorumaq – bir dəfəlik tədbir deyil

Brend reputasiyasının idarə olunması davamlı və sistemli bir prosesdir. Bu gün müsbət imic yaratmaqla iş bitmir. Sabah yayılan bir video, paylaşım və ya rəy bu imici dəyişə bilər.

Məhz bu səbəbdən aşağıdakı sualları nəzərə almalısınız:

  • Sosial media və rəy platformalarında sizi kimlər necə xatırlayır?
  • Google-da adınız nə ilə çıxır?
  • Bir istifadəçi adınızı yazdıqda ilk 5 nəticə nə göstərir?

Bütün bunlar – siz susduğunuz halda belə – brendinizin danışmağa davam etdiyini göstərir. Və siz bu danışığı yönləndirməyi bacarmalısınız.