Sosial Şəbəkə və medianın monitorinqi niyə vacibdir?

Brendiniz haqqında istənilən vaxt, istənilən yerdə fikirlər yayımlana bilər. Bu söhbətlərin sosial media, icmal saytları və onlayn forumlar da daxil olmaqla rəqəmsal media kanalları vasitəsilə sürətlə yayılması qaçınılmazdır. 

Media monitorinq sizə bu söhbətləri izləməyə, insanların brendiniz və rəqibləriniz haqqında dedikləri barədə dəyərli fikirlər toplamağa imkan verir. Bundan əlavə, media monitorinq vasitəsilə siz, PR və ya marketinq kampaniyalarınızın effektivliyini izləyə, prioritet uğur göstəriciləri ilə bağlı hesabatları avtomatlaşdıra və datalara  əsaslanan qərarlar qəbul etməklə ümumi marketinq kommunikasiya strategiyanızı təkmilləşdirə bilərsiniz.

Media monitorinqin üstünlükləri aşağıdakılardır:

  • Auditoriyanızı anlamaq

Media monitorinqinin ən əhəmiyyətli üstünlüklərindən biri auditoriyanızı daha dərindən dərk etməkdir. Müştərilərinizin ehtiyacları, priotitetləri və problemləri haqqında sosial mediada, mətbuatda olan söhbətləri izləməklə daha çox məlumat ala, marketinq və hədəfləmə strategiyanızı buna uyğun olaraq tənzimləyə bilərsiniz.

  • Brend reputasiyasının təkmilləşdirilməsi

Benjamin Franklinin belə bir deyimi var: "Yaxşı reputasiya yaratmaq üçün çoxlu yaxşı əməllər lazımdır, onu itirmək üçün isə yalnız bir pis əməl kifayət edir". Brendiniz haqqındakı qeydləri izləməklə, mənfi şərhləri və ya rəyləri tez bir zamanda müəyyən edə və müvafiq cavab verə bilərsiniz. Mənfi rəyə yaxşı hazırlanmış operativ cavab verməklə, brendinizin reputasiyasına dəyən zərəri azaltmış olacaqsınız. Eyni zamanda vaxtında verilən bu cavab, müştərilərinizə onların rəylərinə dəyər verdiyinizi göstərəcək.

  • Sənaye trendlərinin və imkanlarının müəyyən edilməsi

Brendiniz və ya məhsulunuz nə qədər böyük olsa da, rəqabətədavamlı olmaq üçün daima inkişaf etməlisiniz. Media monitorinq sizə brend mesajınızın hazırda ictimaiyyətdə necə rezonans doğurduğunu görməklə yanaşı, sənaye tendensiyalarından xəbərdar olmağa və rəqabət üstünlüyü əldə etmək üçün yeni imkanları müəyyən etməyə imkan verir. Məsələn, yeni məhsulunuzun internetdə səs-küy yaratdığını görsəniz, insanların yazılarından bunun niyə “hit” olduğunu və gələcək inkişaflar üçün bu tendensiyadan necə yararlana biləcəyinizi öyrənə bilərsiniz.

  • Rəqib analizi

Rəqiblərinizin onlayn qeydlərinin monitorinq edilməsi sizə onların strategiyası haqqında dəyərli fikirlər verir və beləliklə siz öz strategiyanızı tənzimləməyə bilirsinizMonitorinq sizə rəqiblərinizin yanaşmasında potensial zəiflikləri müəyyən etmə imkanı verir. Bazarda üstünlük əldə etmək üçün isə rəqiblərinizin yanaşmasındakı potensial zəiflikləri bilmək vacibdir.

  • Böhrana cavab

Rəqəmsal dünyada mənfi şərhlər və ya rəylər sürətlə yayılıb brendinizin nüfuzuna xələl gətirə bilər. Böhranların idarə edilməsi media monitorinqin vacib aspektidir.