Sosial Şəbəkə və medianın monitorinqi nədir?

İnsanların brendiniz haqqında nə düşündüyünü bilmək əvəzolunmazdır. Əgər gördüyünüz işin ictimaiyyətlə hər hansı əlaqəsi varsa, yəni sizin hədəf kütlənizdə sözünüzü və xidmətlərinizi çatdırmaq istədiyiniz insanlar varsa, deməli media məcraları və social şəbəkəri monitorinq etməlisiniz. Yəni sadəcə özünüzün hansısa xəbəri yayımlamaqla ictimai rəy formalaşmayacaq. Monitorinq etməsəniz, xəbərin və ya xidmətinizin  kimlərə çatdığını, hansı təəssürat oyatdığını, sizə və ya qurumunuza yanaşmasında hansı dəyişikliklərə səbəb olduğunu bilməyəcəksiniz. İctimaiyyətin şirkətiniz, məhsullarınız və xidmətləriniz haqqında nə fikirləşdiyini öyrənmək üçün sosial şəbəkə və media monitorinq vacib alətdir. Şirkətlərin və qurumların strateji kommunikasiya və marketinq departamentləri monitorinq alətləri vasitəsilə göstərdikləri xidmətin ictimaiət tərəfindən necə qarşılandığını ölçə bilirlər. 

Ənənəvi və onlayn  media hələ də güclü marketinq vasitəsi olsalar da, insanların brendlər haqqında məlumat alması və qərar verməsində sosial medianın rolu daha çoxdur. Son araşdırmalara görə, istehlakçıların 44%-inin alış qərarları sosial media məcrlarının üzərinə düşürsə, ənənəvi televiziya reklamlarının təsiri cəmi 13%-dir.

Media monitorinq müxtəlif media kanallarının izlənməsi, təhlili və ölçülməsi xidmətlərini həyata keçirir. Bu kanallara ənənəvi media (qəzet kağızları, jurnallar, radio və televiziyalar) və rəqəmsal media (veb-əsaslı proqramlar) daxil ola bilər. Bu mənbələrdən əldə edilən məlumatların təhlili sizə ictimai rəydən tutmuş, sənayenizdə artan tendensiyalara qədər hər şeyi başa düşməyə imkan verir. 

Monitorinqin bəzi növləri var:

  • Sosial media monitorinqi

Sosial media monitorinqi İnstagram, Facebook və TikTok kimi müxtəlif sosial media kanallarında brend, məhsul və ya xidmətinizin qeydlərini, şərhlərini və paylaşımlarını izləməyi əhatə edir. 

  • Onlayn reputasiyanın idarə edilməsi

Mənfi xəbərlər ictimaiyyət arasında sürətlə yayılır. Biznesinizin və ya məhsulunuzun nə qədər böyük olmasından asılı olmayaraq, nə vaxtsa brendinizin nüfuzuna xələl gətirə biləcək mənfi onlayn müştəri şərhləri ilə qarşılaşmalı olacaqsınız. Onlayn reputasiyanın idarə edilməsi brendin və ya fərdin onlayn reputasiyasının monitorinqini və idarə olunmasını nəzərdə tutur. 

  • Xəbərlərin monitorinqi

Xəbərlərin monitorinqi qəzetlər, jurnallar və televiziya xəbərləri kimi ənənəvi mediada brend, məhsul və ya xidmət haqqında qeydlərin izlənilməsini əhatə edir. 

  • Rəqiblərin monitorinqi

Media monitorinq alətləri təkcə insanların brendinizlə bağlı hisslərini izləmək üçün deyil. Bu alətlər vasitəsilə, həm də ictimaiyyətin əsas rəqibləriniz haqqında nə düşündüyünü görə bilərsiniz. Rəqiblərin monitorinqi biznes strategiyanızı nizamlanması üçün onların güclü və zəif tərəflərini müəyyən etmək,  media qeydlərini və fəaliyyətlərini izləməyi əhatə edir.