Rəylər brend reputasiyasının bir hissəsidir

Rəylər biznesin necə qəbul edilməsində təsiredici rola malikdir. Düzgün reputasiya strategiyasının qurulmasında rəylərdən tamamilə imtina etmək məsləhətli deyil.

Günümüzdə müştərilər bir məhsulu almaq qərarı verməzdən əvvəl, həmin məhsul haqqında onlayn məlumat axtarırlar. Rəylər isə potensial müştərilərin ən etibarlı məlumat mənbələrindən biridir. 

Potensial müştərilərin çoxlu müsbət və yeni rəylər əldə edə bilməsini təmin etmək vacibdir ki, onlar məhsul satın alarkən özlərini əmin hiss etsinlər.
 
 Mənfi rəylər isə əlbəttə, arzuolunmazdır, lakin demək olar ki, hər bir müəssisə bəzən belə rəylərlə qarşılaşır. Mükəmməl reputasiya idarə edilməsi strategiyası mənfi rəylərin vaxtında həllini təmin edir. 

İlkin vaxtlarda mənfi rəyləri əl ilə idarə etmək asan görünə bilər. Lakin biznesiniz böyüdükcə, rəylərin idarə olunması çətinləşir. Çünki brend reputasiyasını idarə etmək üçün sadəcə vebsaytınızda və ya sosial media hesablarınızdakı rəyləri izləmək kifayət etmir. Biznesiniz haqqında fikirlər onlarla, hətta yüzlərlə digər veb-saytlarda, kanallarda yayımlana bilər. Buna görə işi idarə etmək üçün düzgün alətlərə sahib olmaq vacibdir.

Rəylərin idarə edilməsi üçün müxtəlif növ onlayn reputasiya idarəçiliyi xidmətləri mövcuddur. Məhz həmin xidmətlərdən istifadə etməklə siz, geniş miqyasda rəyləri izləyə və onlara cavab verə biərsiniz.