Reputasiyanın idarə edilməsi

İstehlakçıların 77%-i yerli bizneslərlə maraqlanan zaman onlar haqqında yazılan rəyləri oxuyur, 79%-i isə sosial mediada əlaqə saxladıqdan sonra markaların 24 saat ərzində cavab verməsini gözləyir. İnsanların brendiniz haqqında danışa biləcəyi o qədər çox kanal var ki, onlara nəzarət etmək və cavab vermək çətin ola bilər. Bu səbəbdən uğurlu biznes üçün, uğurlu reputasiya idarə edilməsi strategiyası mütləqdir.

Reputasiyanın idarə edilməsi strategiyalarına SEO, sosial media və ya PR ilə bağlı təbliğat kampaniyaları da daxildir.

Mənfi reputasiya satışlara və müştərilərin artmasına zərər verə bilər. Lakin mənfi reputasiya sayəsində siz, həm də müştərilərin nəyi bəyənib-bəyənmədiyini öyrənə bilərsiniz. Bununla da siz istehlakçı ehtiyaclarını daha yaxşı ödəmək üçün faydalı məlumat əldə etmiş olursunuz.

Brend reputasiyasının idarə edilməsi istehlakçıların brendinizi necə qəbul etdiyini izləmək və brendinizin imicini yaxşılaşdırmaq üçün strateji tədbirlər görmək prosesidir. Hazırda reputasiya idarəçiliyi çox vaxt rəylərdə, sosial mediada və “Google”da brendinizin onlayn reputasiyasını izləmək və qorumaq üzərində cəmlənir.

Brend reputasiyasının idarə edilməsi davamlı prosesdir. Çünki siz, sadəcə bu üsulla  markanızın ictimaiyyət arasındakı dəyərini qoruya, mümkün zərərli vəziyyətləri aradan qaldıra bilərsiniz.